11 Noyabr 2022 11:14
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dünyanın 50-dən çox ölkəsinin iştirakı ilə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Rammşteyn formatında) yeddinci iclasını çağırır.

Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü Sabrina Sinq iclasın gələn həftə çərşənbə günü onlayn keçiriləcəyini elan edib.

Sinq Ukraynaya planlaşdırılan yeni silahların təhvil verilməsi ilə bağlı təfərrüatlara varmayıb, lakin qeyd edib ki, döyüş meydanı dəyişdikcə fərqli texnikadan danışırıq.

“Gələn həftə dövlət katibi Ukrayna Müdafiə Əlaqə Qrupunun yeddinci iclasını çağıracaq. Bu görüş virtual olaraq burada, Pentaqonun binasında baş tutacaq və dövlət katibinə, təxminən 50 ölkənin müdafiə nazirlərinə imkan verəcək ki, mövzunu müzakirə etsinlər. Ukraynanın suverenliyini Rusiyanın gələcək təcavüzündən qorumaq üçün vasitələrlə təmin etmək səyləri masaya qoyulacaq””, - Sinq bildirib.

Pentaqonun rəsmisi əlavə edib ki, təcavüzkara qarşı mübarizə davam edir.


Müəllif: Nemət

Oxşar xəbərlər