Rusiya ordusu Ukrayna əsgərlərinin Xerson vilayətinə əks-hücumundan təşvişə düşərək həyacanla şəhəri tərk edir.
Teleqraf.com xəbər verir ki, rus təbliğatçıları dünyanın ikinci ordusunun Dneprin sağ sahilindən yaxşı təchiz olunmuş keçidlə necə qaçdığını nümayiş etdiriblər.
Görüntüdə bir nəfər səs-küylə şərh edir ki, ruslar hələ də bərələrdən istifadə edirlər, lakin onlar personala deyil, yalnız texnikaya qənaət edirlər.
Kadrlardan görünür ki, ruslar əşyaları ilə kiçik qruplar halında Antonovski körpüsünün yaxınlığındakı keçidlə hərəkət edirlər.