11 Noyabr 2022 22:28
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər fürsətdə Türkiyədən ABŞ və Avropa ölkələrinə şikayət edən Yunanıstana bu dəfə Belçikadan “soyuq duş” açılıb.

Teleqraf.com xəbər verir ki, Afinada yunan həmkarı Nikos Dendiasla görüşən Belçika xarici işlər naziri Hadca Lahbibin Türkiyə ilə bağlı açıqlaması diqqət çəkib.

Lahbib görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyənin digərlərinə bənzəməyən qonşu olduğunu deyib.

Türkiyənin NATO üzvlüyünə eyham edən nazir vurğulayıb: “Türkiyə regionda önəmli bir aktordur”.

Lahbib Yunanıstan və Türkiyə arasındakı gərginliyə görə kədərləndiyini söyləyib: “Deeskalasiya və dialoq belə ikitərəfli problemlərin həllinin yeganə yoludur”.

Hər kəsin beynəlxalq hüquqa riayət etməsinin vacibliyinə diqqət çəkən Lahbib qarşıdurmadan qaçmağın lazım olduğunu da söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər