11 Noyabr 2022 20:37
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi Xersondan çıxardığı canlı qüvvə və hərbi texnikaların sayını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, məlumata görə, bu günə qədər 30 mindən çox Rusiya hərbçisi, 5 minə yaxın silah və hərbi texnika Dnepr çayının sol sahilinə çıxarılıb.

Həmçinin qeyd olunub ki, hazırda Dnepr çayının sağ sahilində toplanan Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasına Rusiya Silahlı Qüvvələri tərəfindən zərbələr endirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər