11 Noyabr 2022 20:05
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda baş tutacaq Kollektiv Təhlükəsizlik Şurasının sessiyasına hazırlıq müzakirə edilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin KTMT-nin İrəvanda baş tutacaq sammitində iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər