12 Noyabr 2022 08:18
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada Yorkşirə səfəri zamanı III Çarlz və arvadı Kamillaya yumurta atan tələbə həbsdən buraxıldıqdan sonra gülünc cəzadan şikayətlənib.

Teleqraf.com xəbər verir ki, 23 yaşlı tələbə Patrik Telvellin sözlərinə görə, o, krala 500 metrdən yaxın olmamaq və ictimai yerlərdə toyuq yumurtası ilə görünməmək şərti ilə zaminə buraxılıb.

Gəncin sözlərinə görə, həbsdən çıxandan sonra onu kütlənin hücumundan qorumaq üçün dostları qarşılayıb.

“Həbs olunarkən kütlənin nə olduğunu gördüm. Onlar məni öldürmək və başımı dirəyə çırpmaq istəyirdilər”, - deyə tələbə bildirib.

III Çarlza niyə yumurta atmaq qərarına gəldiyini soruşduqda Telvell bunu krallara inanmadığı üçün etdiyini deyib.

“Mən bütün insanların bərabərliyinə inanıram”, - deyə o əlavə edib.

Tələbə dekabrın 1-də məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, noyabrın 9-da monarx şəhər rəsmiləri ilə görüşən zaman krala tərəf yumurtalar atılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər