Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda təxminən 3 min kvadratkilometr ərazini rus işğalçılarından azad edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Ukrayna ordusunun “Cənub” komandanlığının sözçüsü Nataliya Humenyuk açıqlama verib.
O bildirib ki, Ukrayna Müdafiə Qüvvələrinin komandanlığı bu ərazilərdə hələ də Rusiya ordusunun bölmələrinin mövcudluğundan xəbərdardır:
“Yəqin ki, təxribat törətməyə çalışırlar. Biz bu istiqamətdə işimizi davam etdiririk. Ona görə də ərazilərin azad olunduğunu elan etməyə tələsmirik. Bunların sahəsi artıq on dəfə artıb. Əvvəlki gün 260 kvadratkilometrdən danışırdıqsa, bu gün 3000 kvadratmetrdən çoxdur”.
Humenyuk həmçinin vurğulayıb ki, hələ də rus işğalçılarının qala biləcəyi ərazilər var.