“İndiki mərhələdə Rusiya-Ukrayna müharibəsini diplomatik yolla bitirmək mümkün deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.
Onun sözlərinə görə, Rusiya bu prosesin qarşısını alır və Ukrayna ruslara güzəştə getməməlidir.
Şolz vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında danışıqlar məsələsində əvvəllər edilən bütün səyləri rədd edib:
“Putin hazırkı qanlı müharibə ilə danışıqlar baxımından əvvəllər göstərilən bütün təşəbbüslərin qarşısına əngəl çıxardı”.
Kansler bildirib ki, Rusiya diktatoru nəhayət müstəqil ölkələrin ərazilərini ələ keçirə bilməyəcəyini başa düşməlidir: “Rusiya başa düşməlidir ki, diktatura dünyası ideyası işləməyəcək. Diktatura dünyası olmayacaq, başqa bir anlayış olmalıdır”.
Şolz genişmiqyaslı işğalın başlamasına az qalmış Putinlə görüşdüyünü deyib. Onun sözlərinə görə, Rusiya lideri görüşdə Ukraynanın Moskvanı təhdid edə biləcək raketlərdən imtina etməsini və NATO-ya üzv olmamasını tələb edib:
“Bunlar müharibəyə haqq qazandıra bilməz, çünki bunların heç biri baş vermədi”.