12 Noyabr 2022 14:01
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin G-20 ölkələrinin İndoneziyada keçiriləcək sammitinə qatılmaqdan imtina etməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

“Onunla son görüşümdə İndoneziyaya gəlməsinin münasib olacağını dedim. Cavab verdi ki, nəzərdən keçirib, buna görə bir xəbər verəcək. Sonra qərara gəldilər ki, İndoneziyaya xarici işlər naziri gəlsin. Bu iki-üç gündə onunla əlaqə saxlaya bilsəm, nə düşündüyünü, hansı addımlar atacaqlarını, xüsusilə, bu prosesin, yəni dialoqun sülhə çevrilməsi nöqtəsində onun addımlarının nə ola biləcəyi barədə danışmaq imkanı tapa bilərəm.

Demək, cənab Putin sammitə qatılmamaq barədə öz komandası ilə məsləhətləşib və nəhayət, belə bir qərara gəlib. Buna qiymət vermək həm ona, həm də komandasına qarşı hörmətsizlik olardı. Bu, əlbəttə, onların bildiyi bir işdir. Çünki biz adi bir prosesdən keçmirik. Rusiya sıradan bir dövlət deyil, güclü dövlətdir.

Təbii ki, ABŞ başda olmaqla Qərb Rusiyaya demək olar, sərhədsiz hücum edir. Rusiya da buna qarşı müqavimət göstərir.

Biz də taxıl dəhlizini sülh dəhlizinə çevirmək üçün çalışırıq. Bunun üçün ən yaxşı yolun dialoqdan sülhə gedən yol ola biləcəyini düşünürük. Təbii ki, burada təkcə cənab Putinin fikirləri kifayət deyil. Zelenski ilə görüşəcəm, nə düşünürlər, belə bir şeyə necə baxırlar, təbii ki, onların da fikirlərini öyrənəcəyik. Bu vasitəçiliyin bizi sülhə aparıb-çıxarmayacağına baxmaq üçün yollar axtaracağıq. Amma hələlik bizim üçün ən vacib məsələ bu taxıl dəhlizini ciddi şəkildə idarə etməkdir”, - Türkiyə lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər