12 Noyabr 2022 16:14
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yunanıstan ABŞ və Türkiyə arasında sıxlaşan təmaslardan narahatdır”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təbii ki, hazırda Yunanıstan bu son addımlardan ciddi şəkildə narahatdır. Əlbəttə, başda Amerika olmaqla Qərbin Yunanıstana münasibəti bizi narahat edir. Dədəağac onlardan biridir. Bundan başqa, Yunanıstanın terrorla mübarizədə bizə verdiyi bəzi narahatlıqlar var. Xüsusən Lavrion düşərgəsi mövzusu yeyib udula biləcək bir şey deyil”, - Türkiyə prezidenti vurğulayıb.

F-35 məsələsinə gəlincə, Ərdoğan bildirib ki, bu mövzu əslində Amerikanı Türkiyədən daha çox narahat edir:

“Niyə? Çünki biz üzərimizə düşəni etmişik. Ödənişi etdik, amma təəssüf ki, bu, öz nəticəsini vermədi.

Bundan başqa, F-16 tələbimizlə bağlı texniki işlər planlaşdırıldığı kimi davam edir. Dedik, gəlin bu şəkildə işləyək və dosyeni bağlayaq. Amerika tərəfi vaxtaşırı müdafiə naziri Hulusi Paşaya müsbət və gözəl sözlər deyir.

Təbii ki, onlarda seçkiləri idi. Seçki ilə bağlı bəzi müsbət xəbərlər gəlir və biz bu müsbət xəbərləri diqqətlə izləyirik. Ümid edirəm ki, gələn ay yaxşı xəbərlərlə dolu olacaq və F-16 məsələsini daha müsbət istiqamətdə inkişaf etdirək. Nümayəndələr Palatasında Respublikaçılar böyük fərqlə öndədirlər, təbii ki, Senat da var. Senatda iki-üç yer çox önəmlidir. Odur ki, Respublikaçılar bu iki-üç yerdə uğur qazansalar, bəlkə də bizim üçün çox asan olacaq. İndi prosesi izləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər