12 Noyabr 2022 18:16
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunlarının Xersondan çıxarılması Kreml üçün daha bir strateji uğursuzluqdur.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya müdafiə naziri Ben Uolles deyib.

“Fevral ayından bəri Rusiya Xersondan başqa heç bir əsas məqsədinə nail ola bilmədi. İndi o da təslim olduğundan, Rusiyanın sadə vətəndaşları özlərinə sual verməlidirlər: bütün bunlar nəyə lazım idi?”, - nazir bildirib.

Uolles əlavə edib ki, Rusiya bu işğalı nəticəsində ciddi hərbi itkilər verib və bu, ona yalnız beynəlxalq təcrid və təhqir gətirib.

“Ukrayna təzyiqləri davam etdirəcək. Britaniya və beynəlxalq ictimaiyyət onu dəstəkləməyə davam edəcək və geri çəkilmə alqışlansa da, Rusiyanın hələ də davam edən təhlükəsini nəzərdən qaçırmaq olmaz”, - Uolles vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər