12 Noyabr 2022 22:44
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə hökuməti ölkədə beynəlxalq qaz qovşağı yaratmaq istəyir, onun iştirakçıları bu resursun qiymətlərini müəyyən edəcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, biz qaz kəmərləri və mayeləşdirilmiş təbii qaz (LNG) ilə bağlı istənilən məsələdə əməkdaşlığa hazırıq:

"Bu baxımdan biz bir çox ölkələrlə fəal danışıqlar aparırıq - Mərkəzi Asiyadan və Aralıq dənizinədək. Türkiyədə birdən çox oyunçunu bir platformada birləşdirəcək, müqavilələr bağlamağa imkan verəcək və bununla da qaz qiymətlərini formalaşdıracaq qaz bazarı yaratmağa hazırlaşırıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər