ABŞ Prezidenti Co Bayden yenidən qəribə hərəkəti ilə dünyada gündəm olub.
Teleqraf.com xəbər verir ki, Bayden Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti başlamazdan əvvəl çıxış edərək təşkilata sədrlik edən Kambocanı Kolumbiya ilə səhv salıb.
Kambocanın baş naziri Hun Senə istinad edərək Bayden deyib: “Mən Kolumbiyanın baş nazirinə ASEAN-ın sədri kimi rəhbərlik etdiyinə və hamımızı dəvət etdiyinə görə təşəkkür etmək istəyirəm”.