“Rusiyanın hərbi-siyasi komandanlığı hücum əməliyyatlarının itirilmiş intensivliyini bərpa etməyi planlaşdırır”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəisi, general Mikola Malomuj deyib.
Onun sözlərinə görə, Rusiya 2023-cü ildə Donetsk vilayətini tam ələ keçirmək üçün əməliyyatı davam etdirmək, Zaporojedə və Xersonun sol sahilində mövqe tutmaq niyyətindədir.
“Böyük ehtiyatlar formalaşdırılarsa, o zaman “vaqnerçilər” və “kadırovçular” əsasında hazırlanan çoxsaylı qruplar həlledici istiqamətləri gücləndirəcək. Məsələn, Donetsk, Zaporoje və Xerson istiqamətinin sol sahili”, - general bildirib.
Malomuj qeyd edib ki, Rusiya bunun üçün həm təlim keçmiş səfərbər edilmiş hərbi, həm də könüllü birləşmələrdən istifadə edəcək.