Ukraynada yenilənmiş atəşkəs sazişi mürəkkəbi qurumamış təkrarən pozulub. Belə ki, hazırda antiterror qüvvələri Donbas hüduddlarında dörd istiqamətdə separatçıların intensiv hücumlarına məruz qalırlar.
Teleqraf.com-un məlumatına görə, bu haqda Kiyevdə keçirilən brifinqdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının Analitik İnformasiya Mərkəzinin rəhbəri Andrey Lısenko məlumat verib.
Onun sözlərinə görə, Donbasda Baxmutovsk qəsəbəsi ərazisində vəziyyət daha mürəkkəb qalır. Müxtəlif silah növlərindən fəal istifadə edən terrorçular yaşayış məntəqələrini intensiv atəşə tuturlar.
Son məlumatlara görə, separatçıların sutka ərzində davam edən hücumları nəticəsində 3 Ukrayna hərbçisi həlak olub, 8-i isə yaralanıb.
Nail Cəlil