İranın mərkəzində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətləri məlumat verib.
Bildirilib ki, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub, müəssisənin əməkdaşları təcili təxliyə edilib.
Yanğın zamanı 15 nəfərin yaralandığı bildirilir.
Yanğının baş verdiyi yaşayış məntəqəsində 400-ə yaxın sənaye obyekti var.