Türkiyə dövlətinin bütün bölmələri İstanbuldakı xain hücumu törədənlərin üzə çıxarılması üçün səylə çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb.
“İstiqlal küçəsində törədilən bombalı hücumda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyirəm. Başımız sağ olsun.
Dövlətimizin bütün bölmələri bu xain hücumu törədənlərin üzə çıxarılması istiqamətində səylə çalışır”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.