14 Noyabr 2022 00:18
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda günahsız mülki şəxsləri hədəf alan alçaq bomba partlayışı xəbərindən sarsıldım”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq tviter hesabında yazıb.

“İsrail xalqı adından türk dostlarımıza və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün dünya terrora qarşı birləşməli və möhkəm dayanmalıdır”, - İsrail Prezidenti sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər