14 Noyabr 2022 11:58
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qışda Ukraynada sakitlik gözləməyə dəyməz.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan general Ben Hokes deyib.

General Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Rusiya qüvvələrinə təzyiq göstərə biləcəyini proqnoz edib:

“Bu, ruslara səfərbər olanları yenidən bir arayan gətirməyə, güclənməyə imkan verməyəcək. Qış müharibə nöqteyi-nəzərindən çətin keçəcək. Hava hər zaman öz nəticələrini verəcək, yer donana qədər çətinləşəcək, pilotsuz uçuş aparatları üçün görünürlük pisləşəcək. Belə şərait xidməti əsgərlərin nizam-intizamının sınağıdır. Mənə elə gəlir ki, Ukrayna əsgərləri daha yaxşı vəziyyətdə olacaq, bütün ölkə onların çiyinlərindədir, ruslar isə burada işğalçıdır”.

Ben Hokes xatırladıb ki, tərəfdaş ölkələr Ukrayna Silahlı Qüvvələrinə qış geyimləri və çadırlar təhvil verəcəklər.

Qeyd edək ki, bundan əvvəl Hokes nüvə silahından istifadənin Rusiya üçün fəlakətli nəticələr verəcəyini, çünki o zaman kollektiv Qərbin buna reaksiya verməli olacağını bildirmişdi: "İşğalçı qüvvələrə yeni komandan təyin edilməsi Rusiya ordusunda sistemli problemləri düzəldə bilməyəcək. Ukrayna Silahlı Qüvvələri artıq bu qış işğal olunmuş Melitopol və Mariupolu azad edə bilər".

Hələ sentyabr ayında o demişdi ki, dünya Rusiya Federasiyasının sonunun başlanğıcını izləyir.


Müəllif: Nemət

Oxşar xəbərlər