Luqansk partizanları Ukrayna Silahlı Qüvvələrini işğalçı qüvvələrin texnikası, silah anbarları və şəxsi heyətinin hərəkəti ilə bağlı məlumatlandırırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday Qordonun “YouTube” kanalına müsahibəsində bildirib.
“Bəzən elə olur ki, işğalçılar səhər yuxudan oyananda görüblər ki, əhalinin böyük hissəsi ya onlara qarşı çıxış edir, ya da sadəcə Ukraynaya dəstək üçün vərəqələr yayır. Bizim nümunələrimiz var. Məsələn, dəmir yolunda kommutatorlar yandırıldıqda ruslar bir müddət qatarların hərəkətini və bir istiqamətdən digərinə keçirməyin mümkünsüz olduğunu görüblər”.
O, həmçinin Artema kəndində səfərbər olanların qərargahına molotov kokteyli atan partizanı da xatırladıb:
“Luqansk vilayətində partizan hərəkatı işləyir. Ola bilsin ki, bəzi regionlarda bu, bir az daha çoxdur. Amma belə bir hərəkat var və Ukrayna ordusunun irəliləməsi üçün kifayət qədər faydalıdırlar".
Qeyd edək ki, Qayday bundan əvvəl Luqansk vilayətində 11 yaşayış məntəqəsinin artıq azad edildiyini açıqlamışdı.