14 Noyabr 2022 11:27
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun terrorun çirkin üzünün İstanbulda bir daha göründüyünü bildirib.

Teleqraf.com xəbər verir ki, Türkiyə rəsmisi hücumun arxasında duranların tapılacağına və onlara ağır bədəl ödədiləcəyinə heç kimin şübhə etməməsinin lazım olduğunu vurğulayıb.

“Terrorçular bu mənfur hücumlarla millətimizi və hökumətimizi qorxudacaqlarını, ölkəmizdə qorxu yarada biləcəklərini düşünürlər. Ancaq uğur qazana bilməyəcəklər”, - Altun bildirib.

Türkiyənin keçmişdə də oxşar bəlalar yaşadığını və hər zaman müqavimət göstərdiyini deyən Altun belə davam edib:

“Hər dəfə daha güclü və birlik olaraq vəziyyətdən çıxdıq. Həmişə yorulmadan bunları edənləri təqib etdik. Bu dəfə də fərqli olmayacaq. Cənab Rəcəb Tayyib Ərdoğanın sarsılmaz rəhbərliyi ilə hökumətimiz terrorçuları harada olur-olsun təqib etməkdən və onları cəzalandırmaqdan heç vaxt fasilə verməyib. Bu gün dərin ağrılar yaşayan xalqımıza söz veririk ki, günahsız insanlara hücum edənlər bunun bədəlini ağır ödəyəcəklər.

Beynəlxalq ictimaiyyət bilməlidir ki, dinc əhalimizə qarşı törədilən terror aktları bəzi dövlətlərin terror təşkilatlarına verdiyi dəstəyin birbaşa və dolayı nəticəsidir. Əgər bu ölkələr Türkiyənin dostluğunu istəyirlərsə, terrora birbaşa və dolayı dəstəyini dərhal dayandırmalıdırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər