Hindistanın Racastan ştatında yaşayan Arav Kuntal adlı müəllimi qadın olaraq doğulsa da, uzun illər cinsiyyətini dəyişməyi düşünüb.
Teleqraf.com xəbər verir ki, ilk adı Mera olan Kuntal Kalpana adlı orta məktəb şagirdi olan qıza aşiq olduqdan sonra ideyasını həyata keçirməyə qərar verib.
2019-cu ildə ilk əməliyyatını keçirən Mera adını Arav Kuntal olaraq dəyişib. Arav və Kalpana cinsini dəyişdirdikdən sonra valideynlərinin icazəsi ilə evləniblər.
“Mən onu çoxdan sevirdim. Bu əməliyyatı etdirməsəydi belə onunla evlənərdim. Əməliyyata onunla birlikdə getdim”, - Kalpana deyir.
Kalpana Aravın həyatını dəyişdirdiyini və həyatındakı ən böyük uğurunu sayəsində əldə etdiyini bildirib.
“Mən nəyəmsə, hamısı onun sayəsindədir”, - Kalpana söyləyir.