14 Noyabr 2022 23:39
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın İrandakı səfiri Hans Edo Motsel Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf.com xəbər verir ki, İran XİN Almaniya kanslerinin bəyanatlarına olan etirazı səfirə çatdırıb.

"Bu cür qeyri-konstruktiv bəyanatlar iki ölkə arasında münasibətlərə pis təsir edir", deyə XİN-in məlumatında qeyd edilir.

Almaniya səfiri cavabında bildirib ki, İran Respublikasının mesajını ən qısa zamanda öz hökumətinə çatdıracaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər