15 Noyabr 2022 08:29
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çin Ukraynada atəşkəs və sülh danışıqlarının başlanmasının tərəfdarıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin G20 sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı deyib.

Tərəflər Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Si Cinpin Ukrayna böhranı ilə bağlı Çinin mövqeyinin ardıcıl və aydın olduğunu, Pekinin atəşkəs, hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının tərəfdarı olduğunu vurğulayıb.

Si Cinpin həmçinin beynəlxalq ictimaiyyətin lazımi şərait yaratmasının vacibliyini vurğulayıb. O bildirib ki, Çin öz konstruktiv rolunu davam etdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər