Hindistanın Mizoram ştatında karxanada baş verən sürüşmə nəticəsində ən azı 12 işçinin torpaq altında qaldığı bildirilib.
Teleqraf.com xəbər verir ki, hadisə anbaan kameraya əks olunub.
Hindistanın Mizoram əyalətinin Hnahthial bölgəsində karxanada torpaq sürüşməsi baş verib. İnşaat texnikası və ən azı 12 işçi yerin altında qalıb. Təbii fəlakətdən sonra bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb və hələlik heç kəsi tapmaq mümkün olmayıb.
Sürüşmə anı başqa bir işçi tərəfindən lentə alınarkən, işçilərin işlədiyi ərazinin saniyələr ərzində tonlarla torpaq və qayaların altında qaldığı görülüb. Bildirilib ki, karxana “ABCI İnfrastructure” şirkətinə məxsusdur və 2,5 ildir ki, fəaliyyət göstərir.