Ukrayna ordusu heç bir danışıqları, razılaşmaları və ya kompromis qərarlarını qəbul etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, orduya müharibədə liderlik edən general Valeri Zalujnı ABŞ Baş Qərargah rəisi Mark Milli ilə telefon danışığında bildirib.
“Mən əmin etdim ki, gücümüz çatdıqca mübarizə aparacağıq. Məqsədimiz bütün Ukrayna torpaqlarını Rusiya işğalından azad etməkdir. Biz heç bir şərtlə bu yolda dayanmayacağıq. Ukrayna hərbçiləri heç bir danışıqları, razılaşmaları və ya şərtləri qəbul etməyəcək. Danışıqların şərti eynidir - Rusiya bütün işğal olunmuş əraziləri tərk etməlidir”, - general vurğulayıb.
Zalujnı amerikalı həmkarına əməliyyat vəziyyəti və Müdafiə Qüvvələrinin prioritet ehtiyacları barədə məlumat verib, cəbhədə vəziyyətin sabit və nəzarət altında olduğunu qeyd edib:
"Belarus Respublikası ilə sərhəddə düşmənin hərəkətləri diqqətlə izlənir. Biz Ukraynanı şimaldan qorumaq üçün etibarlı qalxan qururuq. Ukrayna Müdafiə Qüvvələri işğalçı qoşunların şiddətli müqavimətinə baxmayaraq, Xarkov istiqamətində hücum hərəkətlərini davam etdirir. Düşmən Beloqorovka-Soledar-Baxmut-Mayorsk və Avdeevka-Opıtnoe-Vodyanoe-Peski-Maryinka-Pavlovka xətlərinə fəal şəkildə hücum edir, lakin buna nail olmur. Qabaqcıl bölmələrimizin sabitliyi və döyüşə hazır olması sayəsində müdafiəni saxlayırıq. Eyni zamanda Xerson istiqamətində sabitləşdirmə tədbirləri və müdafiə xətlərini gücləndirir.
Baş Qərargah müəyyən əməliyyat zonalarında vəziyyətin sabitləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq, bütün ölkəni işğaldan azad etmək məqsədilə növbəti hücum hərəkətlərini həyata keçirmək üçün səylərini cəmləşdirməkdə davam edir".