8 May 2014 22:35
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Meksikanın mərkəzi hissəsində güclü zəlzələ olub.

ABŞ Geologiya xidməti zəlzələnin gücünün Rixter şkalası ilə 6,8 bal olduğunu bildirib.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri ölkə paytaxtı Mexikodan 306 kilometr cənub-qərbdə yerləşir. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir./anspress/


Müəllif: