Rusiya qoşunları Ukraynanın işğal olunmuş qalan ərazilərini tərk etmək fikrində deyil, ağır döyüşlər gedir.
Teleqraf.com xəbər verir ki, belə bir proqnozla Pentaqonun yüksək rütbəli rəsmisi brifinqdə çıxış edib.
“Bizim hesablamalarımıza görə, rus qoşunları çayın şərq sahilinə doğru irəliləyərək müdafiə xətləri yaradıblar və bununla da ərazinin əhəmiyyətli hissəsini, o cümlədən Xerson şəhərini ukraynalılara veriblər. Ancaq ağır döyüşlər hələ qarşıdadır, lakin Xerson şəhərinin azad edilməsi mühüm nailiyyətdir və Ukrayna xalqının dözümlülüyünün, qətiyyətinin və əzmkarlığının sübutudur”,- qeyd edilir.