“Ukrayna ordusu qışda necə döyüşəcəyini bilir, bu o deməkdir ki, cəbhədə fasilə olmaya bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons deyib.
“Qış cəbhədə döyüş əməliyyatlarını çətinləşdirə bilər, amma Ukrayna Silahlı Qüvvələri soyuq mövsümdə döyüşməkdə səkkiz illik təcrübəyə malikdir”, - səfir bildirib.