15 Noyabr 2022 15:48
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Baş naziri Şahbaz Şərifin COVID-19 testinin müsbət çıxdığı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Məryəm Auranqzeb məlumat verib.

O, Şahbaz Şərifin son bir neçə gündə özünü yaxşı hiss etmədiyini və COVID-19 testinin müsbət çıxdığını deyib.

Pakistan baş naziri 2020-ci ilin iyununda və bu ilin yanvarında da koronavirusa yoluxmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər