Rusiya Kiyevi yenidən raket atəşinə tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri paytaxt üzərində bir neçə raketi vurub.
Hadisə yerinə xilasedicilər və təcili tibb yardım briqadaları cəlb olunub.