Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya hökumətinin ünvanına yenidən sərt tənqidlər səsləndirib.
Bu dəfə Lukaşenkonun kəskin reaksiyasına səbəb Rusiyalı politoloq və jurnalistlərin onu açıq şəkildə məzəmmət etməsi olub.
Teleqraf.com-un məlumatına görə, o, bildirib ki, yaranmış gərginliyə görə, Belarusun günahlandırılması doğru deyil: “Yaranmış ziddiyyəti bu qədər qabartmaq yolverilməzdir. Biz Rusiya rəsmilərinin atdığı addımlara görə, məsuliyyət daşımırıq”.
Lukaşenko vurğulayıb ki, yaranmış vəziyyətin səbəblərini Belarusda deyil, Rusiyanın özündə axtarmaq lazımdır.
Nail Cəlil