16 Noyabr 2022 12:33
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük İyirmilər”in İndoneziyadakı zirvə toplantısında ümumi müzakirələrlə yanaşı, ikitərəfli görüşlər də keçirilib, fikir mübadilələri aparılıb. ABŞ Prezidenti Co Baydenlə Çin lideri Si Cinpin arasında da görüş olub. Liderlər iki ölkə aralarındakı gərginliyin azaldılması yolları haqda danışıblar. İki ölkə arasında fikir ixtilafı yaradan mövzuların başında Tayvan ətrafındakı vəziyyət dayanır. Hələlik bu məsələdə irəliləyiş yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri təhlildə Çin və ABŞ arasındakı geosiyasi rəqabətə diqqət çəkirlər:

“Bu arada, ABŞ Çinin texnoloji imkanlarını məhdudlaşdırmağa çalışarkən Pekin yeni qlobal strategiyasını elan edib. Bəşəriyyətin müsbət inkişafını təmin etmək məqsədilə ümumi texnoloji məkan formalaşdıracağıq”.

Pekin bununla texnoloji sahədə sərt rəqabətin əleyhinə olduğunu nümayiş etdirib. Pekinin məntiqinə görə, texnoloji sahədə mübarizə aparılmamalı, nailiyyətlər bölüşülməlidir. Amma Vaşinqton Pekinlə eyni fikirdə deyil. Çünki Vaşinqtonda düşünürlər ki, Rusiya və Çin müasir texnologiyalardan ordularını gücləndirmək və nüfuzlarını artırmaq məqsədilə istifadə edir. Belə olan halda ABŞ texnoloji kəşflərini Rusiya və Çinlə bölüşərmi?

Rusiyanın özü də Pekinin təklifinə qoşulmaz. Çünki Rusiya da texnoloji kəşfrlərini Qərb ölkələri ilə bölüşmək istəmir.

Pekinin mövqeyi belədir ki, internet əsrində dövlətlərin bir-birindən asılılıqları artıb. Pekin bəşəriyyətin texnologiyaların inkişafı üçün birgə məsuliyyət daşıdığı qənaətindədir. Pekinin səylərinə baxmayaraq, ABŞ Çinə qarşı məhz texnoloji sanksiyaları sərtləşdirir. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, Pekin ABŞ-dan əldə etdiyi texnologiyaları ordusu və hərbi sənayesinin modernləşdirilməsi üçün istifadə edir. Bu isə ABŞ və onun Asiyadakı müttəfiqlərinin - Yaponiya, Hindistan və Avstraliyanın maraqlarına ziddir. İkincisi, Çin xəfiyyələri illərdir ki, ABŞ-dan texnologiyaları oğurlayırlar”.

Ekspertlərin fikrincə, Avropa İttifaqı da ABŞ-ın bu siyasəti ilə razıdır:

“Röyter” agentliyinin məlumatına görə, Berlin Çinin Almaniyada çip istehsalının qarşısını almağı planlaşdırır. Məlumdur ki, Çin Almaniyada bir neçə texnoloji şirkətlərin səhmlərini almaq istəyir. Bu vəziyyət Çinə problemlər yaradır. Çində çip istehsalının həcmi azalır. Bunun də səbəbi Çinin yeni texnoloji naliyyətlərdən istifadə edə bilməməsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər