12 Dekabr 2014 04:47
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı cümə axşamı prezident Barak Obamanın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq imkan verən qanun layihəsini qəbul edib. Sənəd həmçinin Ukraynaya hərbi yardım göstərilməsinə icazə verir.

Teleqraf.com "RİA Novosti" agentliyinə istinadən məumatına görə, bir sıra senatorlar - həm respublikaçılar, həm də demokratlar tərəfindən təklif edildiyi qanun layihəsi dövlət başçısına "Rusiya Federasiyasının nümayəndələrinə həmçinin Rusiya hökumətinin nəzarət etdiyi şirkətlərinə" qarşı sanksiyaların tətbiqinə zəmin yaradır.

Xüsusilə, sənəd "xarici nümayəndələrinə qarşı sanksiyaların tətbiqinin", əgər ABŞ prezidenti "müəyyənləşdirəcək ki, onlar neftlə bağlı müəyyən Rusiya layihələrinə ciddi vəsait qoyuluşların edəcəyi" halda mümkünlüyünü nəzərdə tutur.

Bundan başqa, qeyd edilir ki, "əgər prezident qərara gəlsə ki, "Qazprom" NATO-ya daxil olan ölkələrdən, həmçinin Ukrayna, Moldova, Gürcüstan kimi ölkələrdən böyük həcmdə qaz alsa, o zaman (şirkətə qarşı) 45 gündən gec olmayaraq sanksiyalar tətbiq etməlidir".

Sanksiyalar həmçinin "Rosoboroneksport" və digər Rusiya şirkətləri barəsində tətbiq edilə bilər.

Sənəd Kiyevə 2015-ci ildə 350 milyon dollar məbləğində birbaşa hərbi yardım ayrılması imkanını nəzərdə tutur.

Müvafiq qanun layihəsi Suriya müxalifətinə yardım ayrılmasına da icazə verir. Bu onunla əlaqədardır ki, Bəşər Əsəd hökuməti Rusiya istehsalı olan silahlara malikdir.


Müəllif:

Oxşar xəbərlər