12 Dekabr 2014 07:06
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya polisi Rio de Janeyro şəhərində son 10 il ərzində azı 40 nəfəri qətlə yetirdiyini etiraf edən şəxsi saxlayıb. Teleqraf.com-un “BBC”-yə istinadən verdiyi xəbərə görə, Saylson Joze das Qrasas adlı şəxs şəhər ətrafında idarə etdiyi avtomobillə yolu keçən qadını vurub öldürdükdən sonra həbs olunub.

Bir müddət sonra o daha 37 qadın, 3 kişi və 2 yaşlı qızı qətlə yetirdiyini etiraf edib. Qatil polis əməkdaşları ilə Globo telekanalında yayımlanan söhbəti zamanı “insan ovu”nu davam etdirmək niyyətində olduğunu və insanları “adrenalin” üçün öldürdüyünü bildirib.

O, azadlığa çıxdıqdan sonra qətlləri davam etdirmək niyyətində olduğunu bildirib.

Məlumata görə, polis cəsədlərin yerini müəyyənləşdirir. Hazırda hələlik 4 meyitin aşkarlandığı bildirilir.


Müəllif:

Oxşar xəbərlər