16 Noyabr 2022 13:20
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Rusiya istehsalı raketin ölkənin şərqinə düşdüyünü və iki nəfərin öldüyünü açıqlasa da, ABŞ Prezidenti Co Bayden raketin Rusiya tərəfindən buraxılmasının az ehtimal edildiyini deyib.

Teleqraf.com xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin “eskalasiya riski” adlandırdığı partlayış Baydeni G7 və NATO liderlərinin təcili toplantısını çağırmağa vadar etdi.

NATO üzvü Polşaya qarşı məqsədyönlü hücum alyansın kollektiv hərbi reaksiyasına səbəb ola bilər. Amma raketin haradan buraxılması ilə bağlı mühüm suallar Rusiyanın Ukraynaya qarşı keçirdiyi kəskin silsilə aviazərbələr səbəbindən qeyri-müəyyən olaraq qalır. Rusiya Polşadakı partlayışda iştirakını inkar edir.

ABŞ-ın rəsmi mənbələrindən “Associated Press”ə bildirilib ki, ilkin hesablamalara görə, raket Ukrayna qüvvələri tərəfindən ölkənin elektrik infrastrukturuna dağıdıcı yaylım atəşi zamanı Rusiya raketini vurmaq üçün atılıb. Mənbələr məsələni ictimai müzakirəyə çevirmək üçün səlahiyyətlərinin olmadığını əsas gətirərək, ad çəkməyiblər.

Polşa hökuməti araşdırma apardığını və hərbi hazırlıq səviyyəsini artıracağını açıqlayıb. Bayden Polşanın araşdırmasını dəstəkləyəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər