12 Dekabr 2014 07:59
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nigeriya polisi terror aktı planlaşdırmaqda şübhəli bilinən 13 yaşlı qızı saxlayıb.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, qız bir neçə saat öncə iki partlayışın törədildiyi Kano şəhəri yaxınlığında xəstəxanada saxlanılıb. Məlumata görə, qızın üzərində “şəhid kəməri” aşkarlanıb.

Qeyd edək ki, son zamanlar Nigeriyanın şimalında törədilən güclü partlayışlar məhz kamikadze qızlar tərəfindən həyata keçirilib. Bu terror aktları “Boko Haram” qruplaşması ilə əlaqələndirilir.


Müəllif:

Oxşar xəbərlər