“Adnan Oktar" cinayətkar qruplaşmasının cinayət işi çərçivəsində keçirilən məhkəmə iclasında qərar açıqlanıb.
Teleqraf.com xəbər verir ki, məhkəmədə qruplaşmanın lideri, vaxtilə Harun Yəhya imzası ilə çoxsaylı dini kitablar yazmış Adnan Oktar 891 il həbs cəzasına məhkum edilib.
Oktar rəhbəri olduğu təşkilatın üzvlərinin törətdiyi cinayətlərdən də məsuliyyət daşıyır.
Adnan Oktarın son cəza müddəti hökmün tam oxunmasından sonra müəyyənləşəcək.