16 Noyabr 2022 16:57
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa ərazisinə raket zərbələrinin endirilməsi Rusiya tərəfindən NATO üzvü olan ölkənin hava hücumundan müdafiə sisteminin zəif nöqtələrinin yoxlanılması ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi hərbi ekspert Aleksandr Kovalenko deyib.

Onun sözlərinə görə, raketlər Ukrayna ilə sərhəddən 7 kilometr aralıda düşüb və bunun özü çox şeyi deyir:

“Ruslar indi hamısı bir ağızdan qışqırırlar ki, “Patriot” hava hücumundan müdafiə sistemləri səmərəsizdir, raketlərin qarşısını ala bilmir. Raketlər Ukrayna ilə sərhəddən 7 km aralıda düşüb və bu, çox şeydən xəbər verir. Məsələn, Polşanın hava hücumundan müdafiə sisteminin belə qısa məsafədə öz hava məkanının pozulmasına vaxtında reaksiya verə bilməməsi kimi. Reaksiya müddəti kritik dərəcədə qeyri-kafi idi”.

Onun fikrincə, raketlərin eyni yerə düşməsi nə təsadüf, nə də bədbəxt hadisədir:

“Bu, hava hücumundan müdafiə sisteminin zəif nöqtələrinin məqsədyönlü şəkildə yoxlanılması ilə bağlıdır. Həm Polşa, həm də NATO ölkələri bu xoşagəlməz hadisəni eyni formada qəbul etməlidir. Rusiya onların təhlükəsizliyinə təhdid edəcək şəkildə, NATO-ya üzv ölkələrin hava hücumundan müdafiə sahəsindəki zəif cəhətlərini öyrənir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər