16 Noyabr 2022 21:56
10 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ilə müharibədə Rusiya lideri Vladimir Putini dəstəkləyən erməni əsilli aktyor Dmitri Xaratyan yeganə oğlunu döyüşlərə göndərmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, aktyor bu yaxınlarda verdiyi müsahibədə 24 yaşlı oğlunun səhhətində problem olduğunu, amma çağırış alacağı təqdirdə gedərək ukraynalıları öldürəcəyini bildirib.

“Oğlumun 24 yaşı var. Xidmət etməyib. Görmə problemi var, hərbi biletində yazılıb. Amma müharibə vaxtı hərbi xidmətə çağırışlar olur, amma hələ də çağırış vərəqəsi almayıb. Bunu alsa, gedəcək. Söhbət onun atasında və ya mənim belə yaxşı dövlət xadimi olmağımda deyil. Onun haqqındadır, onu tanıyıram və onunla bu mövzularda danışmışam. Əlbəttə gedəcək, əlbəttə. Zəruridirsə”, - Xalatyan deyib.

Özbəkistanda doğulan Dmitri Xalatyan Rusiyanın xalq artistidir. Atası erməni, anası rusdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər