16 Noyabr 2022 21:12
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya İrandan “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini alsa, demək olar ki, Ukraynada hər şey və hər yer onlar üçün hədəf ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Katkov deyib.

Onun iddiasına görə, Rusiya “Zülfüqar”la özünün və Belarus ərazisindən, yaxud Ukraynanın işğal edilmiş bölgələrindən istənilən nöqtəni vura bilər:

“700 km uçuş məsafəsi olan “Zülfüqar”la Belarus və işğal olunmuş Krım ərazisindən Ukraynanın istənilən nöqtəsini tamamilə vurmağa imkan verəcək. Uçuşun sürətini nəzərə alsaq, təhlükəsiz yer tapmağa vaxt olmayacaq. Hətta Ukrayna hərbçiləri vaxtında hava siqnalını işə salsalar belə. İçindəki yüzlərlə kiloqram partlayıcı maddəni nəzərə alsaq, Rusiyanın bunlardan xüsusi olaraq şəhərlərə hücumlar üçün istifadə edəcəyini düşünməyə əsas var”.

Kovalenko bildirib ki, ballistik raketlərin qarşısını almaq son dərəcə çətindir.

Ekspertin qiymətləndirməsinə görə, bunların qarşısını alma ehtimalı 15-20 faizi keçməyəcək. Ukrayna hökuməti ötən ay Moskvada sözügedən ballistik raketlərin alınmasına dair Rusiya və İran nümayəndələri arasında müqavilənin imzalandığını iddia edir. Bura qədər dron göndərərək Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə ortaq olan molla rejiminin Moskvaya ballistik raket verməyə hazırlaşması dünyada ciddi təpkilərə yol açıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər