16 Noyabr 2022 19:23
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Yens Stoltenberq alyansın fövqəladə iclasından sonra verdiyi açıqlamada Polşaya düşən və iki nəfərin ölümünə səbəb olan raketlə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, NATO baş katibi baş verənlərlə bağlı Rusiyanı ittiham edib.

“İlk analizə görə, Ukraynanın hava hücumundan müdafiə raketi ilə həyata keçirilib. Onu da deyim ki, bu, Ukraynanın günahı deyil. Ən böyük cinayət Rusiyanındır. 4-cü maddənin icrasına ehtiyac yoxdur. İndiyə qədər aparılan araşdırmaların nəticələri bunu göstərir”, - Stoltenberq bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər