17 Noyabr 2022 11:21
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç parlamenti tərəfindən təsdiqlənən, antiterror qanunlarını sərtləşdirən konstitusiya dəyişikliyi 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Teleqraf.com xəbər verir ki, parlamentdə keçirilən səsvermədə 270 deputat qanun layihəsinin lehinə, 37-si isə əleyhinə səs verib.

Konstitusiya dəyişikliyi terrorla məşğul olan qruplaşmaların təşkilatlanmaq və mitinq keçirmək azadlıqlarını məhdudlaşdırmaqla yanaşı, buna yönəlik yeni qanunların qəbuluna zəmin yaradacaq.

Dəyişiklikdə ölkənin başqa dövlət və ya beynəlxalq təşkilatlarla münasibətlərinə xələl gətirən məlumatları yayanların İsveç Kəşfiyyat İdarəsi tərəfindən 4 il həbs cəzası ilə araşdırıla biləcəyi bildirilib.

Yeni konstitusiya dəyişikliyinin ölkədə fəaliyyət göstərən PKK/YPG terror təşkilatının üzvlərinə qarşı cinayət işlərinin asanlaşdırılmasına yol açacağı bildirilir.

İsveç PKK/YPG terrorçularının Türkiyəyə ekstradisiya edilməsinə dair bu ölkə qarşısında öhdəlik götürüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər