17 Noyabr 2022 20:57
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qış cəbhədəki döyüş əməliyyatlarının gedişatını ləngidə bilər, amma ümumilikdə Silahlı Qüvvələr qışda döyüşlərə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Kuzan deyib.

Ekspert qeyd edib ki, Ukraynanın iqlim və coğrafi şəraitində ordunun irəliləməsi üçün ən pis fəsillər yaz və payızdır. Xüsusilə cənubda yağışlar səbəbindən palçıq istənilən bölmələrin irəliləmə sürətini azalda bilər.

“Söhbət qışdan gedirsə, xüsusən də qar azdırsa, amma şaxtalıdırsa, bütün zirehli texnikadan istifadə etmək olar. Soyuq havalarda bu avadanlıqlara xüsusi qulluq tələb olunur. Amma ordumuz bütün bunlara hazırdır”, - Kuzan əlavə edib.

Onun sözlərinə görə, ukraynalı hərbçilər ruslardan fərqli olaraq 2014-cü ildən qış şəraitində döyüş əməliyyatları təcrübəsinə malikdirlər:

“Onların qışda Ukrayna ərazisində döyüşən daha təcrübəli bölmələri - 1-ci və 2-ci ordu korpusları döyüşlərdə böyük itkilər verib. Yəni müharibə başlayandan bəri şəxsi heyətin sıraları və kadrları dəyişib, çünki bu korpuslarla daim boşluqlar yaranıb”.

Bundan başqa, ekspert bildirib ki, Ukrayna ordusunun təminatı daha yaxşı təşkil olunub.

“Üstəlik, işğalçıların tibbi xidmət və dərman problemi var. Əsgər zəif qidalanırsa, xəstədirsə, isti paltarı və isti daldalanacağı yoxdursa, o zəifləyəcək, döyüşmək istəməyəcək. Bunlar bizim xeyrimizə oynayan amillərdir. Ona görə də qışda öz mövqelərimizdə özümüzü daha inamlı hiss edəcəyik”, - Kuzan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər