17 Noyabr 2022 21:55
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 17-də 120 gün uzadılan taxıl müqaviləsi bu müddət bitdikdən sonra daha bir illik uzadıla bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında deyib.

"Bəziləri bizdən soruşurlar ki, biz Rusiyanı qoruyuruqmu? Xeyr, bu sövdələşmədir", - Çavuşoğlu bildirib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə, o cümlədən taxıl sövdələşməsi ilə bağlı təmasları davam etdirmək niyyətindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər