18 Noyabr 2022 09:50
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Zelenski Türkiyə, BMT, Rusiya və Ukrayna arasında verilən qərara uyğun olaraq Qara dəniz Taxıl Dəhlizi Sazişinin uzadılmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Ukrayna lideri sözügedən razılaşmaya əsasən taxıl məhsullarının Qara dəniz vasitəsilə daşınmasının davam edəcəyini deyib.

“Rusiyanın yaratdığı bütün çətinliklərə və müxtəlif manipulyasiyalarına baxmayaraq, Qara dəniz limanlarımızdan kənd təsərrüfatı məhsullarını ixrac etməyə davam edəcəyik”, - Zelenski söyləyib.

Ukrayna lideri bildirib ki, taxıl sazişi çərçivəsində avqustun 1-dən etibarən 450-dən çox gəmi ilə Ukraynanın Odessa vilayətinin limanlarından ümumilikdə 11 milyon ton ərzaq məhsulları ixrac edilib:

“Bu işi təkmilləşdirmək üçün əlimizdən gələni etdik və kömək edən bütün tərəfdaşlarımıza təşəkkür edirik. Şəxsən BMT baş katibi Quterreşə, Türkiyəyə və Prezident Ərdoğana təşəkkür edirəm”.

Zelenski qlobal aclıq böhranının qarşısını almaq üçün taxıl sazişini genişləndirmək üçün danışıqlar apardıqlarını və ABŞ, Almaniya, Yaponiya, Polşa və Belçika kimi ölkələrin bu təşəbbüsdə iştirak etmək istədiklərini açıqlayıb.

“Dünya bir olsa, aclığa qalib gələcək”, - Zelenski vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər