18 Noyabr 2022 12:00
2 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna səmasının tam mühafizəsi Rusiyanı müharibəni dayandırmağa təşviq edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Yalnız krayna səmasının tam mühafizəsi Ukraynanı və Avropanı Rusiya təcavüzünün bir çox mümkün eskalasiyalarından qoruyacaq və Rusiyanı birmənalı şəkildə müharibəyə real olaraq son qoymağa sövq edəcək”, - Ukrayna lideri bildirib.

Zelenski Kremlin indiki məqamda sülh istəmədiyini söyləyib:

“Bu gün Kremldən bir az vaxt qazanmaq və yeni zərbələr üçün güc toplamaq məqsədilə danışıqlara hazır olmaları ilə bağlı mesajlar gəlir. Bu, sülh yox, təbliğat üçündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər