19 Noyabr 2022 00:32
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Qəzzanın şimalında qaçqın düşərgəsində baş verən yanğında onlarla insanın həlak olması ilə bağlı Fələstin xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Anadolu" angentliyi məlumat yayıb.

"Qəzzada baş verən yanğın nəticəsində aralarında uşaqların da olduğu 21 fələstinlinin həlak olması xəbərinə dərindən kədərləndik. Həlak olanların ailələrinə səbr, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş Fələstin xalqına başsağlığı verirəm", - deyə R.T.Ərdoğan bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər