19 Noyabr 2022 00:45
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası Pxenyanla dialoq istəyir, lakin eyni zamanda KXDR tərəfindən həyata keçirilən raket buraxılışları ilə bağlı regionda kifayət qədər hərbi potensialın təmin edilməsində qərarlıdır.

Teleqraf.com xəbər verir ki, bunu cümə günü jurnalistlərə açıqlamasında Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi deyib.

"Bununla bağlı Şimali Koreya ilə birbaşa əlaqə olmayıb. Biz açıq şəkildə bildirdik ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində işləmək üçün ilkin şərt olmadan Şimali Koreya ilə dialoqun tərəfdarıyıq. Onlar cavab vermədilər və bu təklifdən yararlanmadılar. Təklif aktiv olaraq qalır", - deyə C.Kirbi bildirib.

C.Kirbi KXDR ilə nüvəsizləşdirmə ilə bağlı razılığa gəlməyi “son məqsəd” adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər