ABŞ-ın vitse-prezidenti Kamala Harris Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində Çin lideri Si Cinpin ilə qısamüddətli görüş keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə şənbə günü Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, görüş zamanı K.Harris S.Cinpinə Vaşinqton və Pekin arasında açıq kommunikasiya kanallarının saxlanmasının vacibliyini bildirib.